Menyu

Rusiya MN: Belqorodda Ukraynaya məxsus üç PUA məhv edilib

Rusiya MN: Belqorodda Ukraynaya məxsus üç PUA məhv edilib

"Kiyev pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə çalışıb, lakin onlar Belqorod vilayəti üzərində Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib". 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Avqustun 20-də saat 14:00 (Rusiya vaxtı ilə - red.) radələrində Kiyev rejiminin iki təyyarə tipli PUA-sı Rusiya Federasiyasının sərhədlərini aşıb", - departament qeyd edib.

Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, saat 14:40-da Kiyev pilotsuz uçuş aparatı ilə Moskvada istiqamətində təxribata cəhd edib: "Pilotsuz uçuş aparatı Rusiyanın Belqorod vilayəti ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib".

PUA hücumlarından sonra hər hansı itki və dağıntı olmadığı bildirilib. 

Regionun qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hava hücumundan müdafiə sistemi Belqorod vilayəti üzərində 12 hava hədəfini vurub.

Teqlər:

"Rusiya MN: Belqorodda Ukraynaya m\u0259xsus \u00fc\u00e7 PUA m\u0259hv edilib"

Əlaqəli Xəbərlər