http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü və Serb Respublikasının Prezidenti ilə görüşü olub

20 Avqust 2023 , 19:11
Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü və Serb Respublikasının Prezidenti ilə görüşü olub

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.
“Operativ Media” xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulandı, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edildi.
Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirildi, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olundu.

OXŞAR XƏBƏRLƏR
“Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb

“Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

XƏBƏR LENTİ
  • 15:20

    Qarabağ Universitetinin loqosu təqdim edilib - FOTO
  • 15:12

    Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib
  • 15:10

    Azərbaycan klubu ispan oyunçu transfer etdi
  • 15:10

    AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir
  • 15:10

    "Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
  • 15:06

    Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
  • 15:05

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
  • 14:40

    Sabah Cəbrayıla 36 ailə köçürüləcək
Menyu