http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan XİN Beynəlxalq Terror Qurbanlarının Anım günü ilə bağlı paylaşım edib

21 Avqust 2023 , 16:37
Azərbaycan XİN Beynəlxalq Terror Qurbanlarının Anım günü ilə bağlı paylaşım edib

"Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür. Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik".

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirliyinin X hesabında paylaşım edilib:

"Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.

Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarından sonra 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. 30-a yaxın irimiqyaslı terror aktı, o cümlədən İçərisində mülki azərbaycanlıların olduğu avtobuslar və metro qatarları partladılıb.

Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.

Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda terrorçu Nemesis əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.

Terrorizm Qurbanlarının Beynəlxalq Günündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq".

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

Pərviz Şahbazov Serbiyaya səfər edib

Pərviz Şahbazov Serbiyaya səfər edib

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

XƏBƏR LENTİ
  • 17:24

    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO
    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
Menyu