http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ukraynadan Türkiyə limanlarına 6 milyon tona yaxın yük daşınıb

22 Avqust 2023 , 11:18
Ukraynadan Türkiyə limanlarına 6 milyon tona yaxın yük daşınıb

2023-cü ilin yanvar-iyul aylarında Ukraynadan Türkiyə limanlarına 5 milyon 638 min 442 ton yük daşınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan limanlara 315 min 196 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 5 milyon 161 min 157 ton yük çatdırıb.

Bu müddət ərzində Ukrayna bayraqlı gəmilərlə Türkiyə limanlarına 162 min 89 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına Ukraynadan 59 min 463 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.

Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 227 milyon 32 min 354 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 16 milyon 812 min 935 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 210 milyon 219 min 419 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 41 milyon 60 min 938 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton tranzit yük daşınıb.

OXŞAR XƏBƏRLƏR
İran XİN İsraili təhdid edib

İran XİN İsraili təhdid edib

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 65-ə çatıb

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 65-ə çatıb

Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır

Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır

XƏBƏR LENTİ
  • 21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • 21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • 20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
Menyu