Menyu

Pakistanda hərbi konvoya hücum olub, 6 nəfər ölüb

Nərmin Qocamanlı
Pakistanda hərbi konvoya hücum olub,  6 nəfər ölüb
1 dəq oxu

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücumda 6 əsgərin həyatını itirdiyi, qarşıdurmada 4 yaraqlının zərərsizləşdirildiyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi açıqlanıb.

Hücumda 6 əsgərin həyatını itirdiyi bildirilən açıqlamada hücumdan sonra baş verən qarşıdurmada 4 silahlının öldürüldüyü, 2 yaraqlının isə yaralandığı bildirilib.

Hücum edənlərin tutulması üçün bölgədə əməliyyat başladılıb.

Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.

Əlaqəli Xəbərlər