Menyu

BRİCS dünyaya beynəlxalq münasibətlərin yeni modelini təklif edə bilər

BRİCS dünyaya beynəlxalq münasibətlərin yeni modelini təklif edə bilər
1 dəq oxu

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən BRİCS qrupu beynəlxalq münasibətlərin yeni, alternativ modelinə nümunə ola bilər.

"Operativ Media" xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib.

O, həftəlik müsahibəsində deyib: "Biz beynəlxalq münasibətlərdə indiyə qədər üstünlük təşkil edən adət və təcrübələri dəyişə bilərik".

Silva qarşıdakı illərdə dünyanın böyük dəyişikliklər görəcəyinə inandığını qeyd edib.

"Braziliya və BRİCS haqqında danışarkən deyirik ki, yeni dünya yaratmaq mümkündür. Biz heç kimlə münaqişə istəmirik. Qitələr arasında inteqrasiya və hamı üçün bərabər şərait istəyirik", - Lula da Silva deyib.

Əlaqəli Xəbərlər