Bölgədə sürətlə yayılan meşə yanğını səbəbindən Çanaqqala Boğazı Mərmərə dənizinə doğru hərəkət edən gəmilər üçün bağlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi "X"də paylaşım edib.
"Bölgədə baş verən meşə yanğını səbəbindən Çanaqqala boğazında cənub-şimal istiqamətində dəniz nəqliyyatı dayandırılıb. Gəmilər bir istiqamətdə hərəkət edir", - məlumatda deyilir.
Nəticədə gəmilər müvəqqəti olaraq Ege dənizindən Mərmərə dənizinə qədər boğazdan keçə bilmirlər.
Çanaqqalada təxminən 4-5 saat əvvəl Çanaqqala boğazı yaxınlığında başlayan güclü yanğın, 4 kəndin boşaldılmasına səbəb olub. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.