Menyu

Putin: BRİCS ölkələrinin iqtisadiyyatları alıcılıq qabiliyyətinə görə G7-dən üstündür

Putin: BRİCS ölkələrinin iqtisadiyyatları alıcılıq qabiliyyətinə görə G7-dən üstündür
1 dəq oxu

"BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası - red.) iqtisadiyyatları alıcılıq qabiliyyəti paritetinə görə G7 ölkələrini üstələyir"

Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS Biznes Forumunun iştirakçılarına videomüraciətində deyib.

“Alıcılıq qabiliyyəti pariteti baxımından “beşlik” “Yeddilik” qrupundan üstündür”, - dövlət başçısı bildirib. 

Rusiya prezidenti həmçinin qeyd edib ki, dünya əhalisinin üç milyarddan çox insanını təşkil edən BRİCS ölkələrinin payı dünya ÜDM-də demək olar ki, 26 faizə çatıb.

Əlaqəli Xəbərlər