Menyu

Putin: 2060-cı ilə qədər Rusiya karbon neytrallığına çatmağı planlayır

Putin: 2060-cı ilə qədər Rusiya karbon neytrallığına çatmağı planlayır

Rusiya prezidenti Vladimir Putin 2060-cı ilə qədər Rusiya iqtisadiyyatının karbon neytrallığına çatmaq planlarını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, o, bu barədə BRİCS Biznes Forumunun iştirakçılarına videomüraciətində bildirib.

"Ölkəmiz ardıcıl olaraq aşağı karbonlu inkişaf üzrə milli strategiyanı həyata keçirir. Biz 2060-cı ildən gec olmayaraq, ucuz və şəffaf enerjiyə çıxış əldə etmək üçün texnoloji yeniliklərin tətbiqi, infrastrukturun modernləşdirilməsi yolu ilə Rusiya iqtisadiyyatının karbon neytrallığına nail olmağı planlaşdırırıq", - deyə o bildirib. 

O, həmçinin iqtisadi dekarbonizasiya, insan tərəfindən səbəb olunan ekoloji zərərlərin azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində BRİCS əməkdaşlığının genişləndirilməsinin zəruriliyini vurğulayıb. 

"Rusiya beynəlxalq arenada iqlim probleminə daha balanslı yanaşmaların təşviqi üçün birgə işə hazırdır", - Putin qeyd edib.

Teqlər:

"Putin: 2060-c\u0131 il\u0259 q\u0259d\u0259r Rusiya karbon neytrall\u0131\u011f\u0131na \u00e7atma\u011f\u0131 planlay\u0131r"

Əlaqəli Xəbərlər