Tsinpin: Çin müstəqil siyasət yürütməyə davam edəcək
"Çin tarixin doğru tərəfindədir və müstəqil, eyni zamanda sülhsevər xarici siyasətini davam etdirəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə Çin prezidenti Si Tsinpinin BRİCS Biznes Forumu Liderlərinin Dialoquna göndərdiyi məktubda qeyd edilib.
Məktubu Çinin ticarət naziri Vanq Ventaonun oxuyub.
"Çin qətiyyətlə müstəqil, sülhpərvər xarici siyasət yürüdür və bəşəriyyətin ortaq gələcəyinin qurulmasına sadiqdir. Çin həmişə digər inkişaf etməkdə olan ölkələrin taleyini bölüşüb. O, inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını müdafiə edib və təşviq edib. Qlobal məsələlərdə inkişaf etməkdə olan bazarlara sahib ölkələrin ədalətli təmsil olunmasını istəyib", - deyə Çin lideri qeyd edib.
Teqlər:
"Tsinpin: \u00c7in m\u00fcst\u0259qil siyas\u0259t y\u00fcr\u00fctm\u0259y\u0259 davam ed\u0259c\u0259k"