Menyu

Hindistanda körpünün uçması nəticəsində 17 nəfər ölüb

Hindistanda körpünün uçması nəticəsində 17 nəfər ölüb

Hindistanın Mizoram ştatında Aical şəhəri yaxınlığında tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində 17 işçi həlak olub.

"Operativ Media" xəbər verir ki, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Polisin verdiyi məlumata görə, qurbanların sayı arta bilər, belə ki, hələ bütün cəsədlər dağıntıların altından çıxarılmayıb.

Hadisənin başvermə səbəbi barədə hələlik açıqlama verilməyib.

Teqlər:

"Hindistanda k\u00f6rp\u00fcn\u00fcn u\u00e7mas\u0131 n\u0259tic\u0259sind\u0259 17 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər