http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Priqojinin ölümü təsdiqlənib (YENİLƏNİB)

24 Avqust 2023 , 00:50
Priqojinin ölümü təsdiqlənib (YENİLƏNİB)

Rusiyanın Tver vilayətində təyyarənin qəzaya uğraması nəticəsində "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ölməsi barədə məlumatlar təsdiqini tapıb. 

"Operativ Media" xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumatı təsdiqləyib. 

Agentlik bildirib ki, qəzada ölənlərdən biri də "Vaqner"in komandirlərindən Dmitri Utqin olub. 

Qeyd edək ki, qəzaya uğramış nəqliyyat vasitəsində ümumilikdə 10 nəfər həlak olub 

*** 21:58

TASS-ın Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviatsiya) əsaslandığı məlumatda bildirilib ki, Priqojin Tverdə qəzaya uğrayan təyyarədə olub.

"Operativ Media" xəbər verir ki, "Vaqner"ə yaxın olduğu bilinən bəzi "Telegram" kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilib.

Xatırladaq ki, Priqojin muzdlu döyüşçüləri ilə iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başlamışdı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Kremlə yaxınlığı ilə seçilən "Readovka" teleqram kanalının məlumatına görə, Yevgeni Priqojin təhlükəsizlik səbəbi ilə adını sərnişinlər siyahısına yazdırıb özü digər təyyarədə yer almış ola bilər. Hələ ki, "Vaqner" rəhbərinin nəşi aşkar edilməyib və ölümü rəsmi təsdiqlənməyib.

*** 21:13

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarə Yevgeni Priqojinə məxsus olub.

"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza zamanı təyyarədəki 10 nəfərin hamısı ölüb.

"Wagner"ə yaxın "Gray Zone" adlı kanal iddia edir ki, biznes təyyarə HHM sistemləri tərəfindən vurulub.

Rusiya Fövqəladə Hallar Nazirliyi 8 nəfərin cəsədinin aşkarlandığını bildirib.

OXŞAR XƏBƏRLƏR
Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

XƏBƏR LENTİ
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
  • 10:29

    “Azərenerji” ASC Xankəndində qapalı tipli yeni yarımstansiya tikir
Menyu