Hakan Fidan Türkiyənin türkmənlərə dəstəyinin davam edəcəyini bildirib
"İraq türkmənləri heç bir şəkildə qeyri-sabitlik və ya İraqın parçalanmasının və terrorun elementi olmayıb".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin Bağdaddakı səfirliyində İraq Türkmən Cəbhəsinin və İraq türkmən icmasının liderləri ilə görüşündə deyib.
Görüşdən məmnunluğunu ifadə edən Fidan Türkiyənin İraq türkmənlərini iki ölkə arasında ən əhəmiyyətli körpülərdən biri olaraq gördüyünü qeyd edib: "İraqdakı türkmən qardaşlarımızın bir çoxları üçün məruz qaldıqları ayrı-seçkilik və ədalətsizliyi aradan qaldırmaq məqsədilə Türkiyə illərdir sistemli və əzmlə türkmən qardaşlarımızın haqqını müdafiə edir, siyasi və iqtisadi hüquqların verilməsi üçün var gücü ilə çalışır".
"Türkmən qardaşlarımızla əlaqələrimizi mümkün qədər İraqın ərazi bütövlüyünə, siyasi birliyinə və sabitliyinə türkmən qardaşlarımızın töhfələri ilə paralel şəkildə davam etdirəcəyik", - Fidan qeyd edib.
Teqlər:
"Hakan Fidan T\u00fcrkiy\u0259nin t\u00fcrkm\u0259nl\u0259r\u0259 d\u0259st\u0259yinin davam ed\u0259c\u0259yini bildirib"