Aİ: Ukraynanın üzvlük məsələsi ilin sonunda müzakirə olunacaq
"Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir. Üzvlüklə bağlı danışıqlar ilin sonunda müzakirə olunacaq".
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel bildirib.
Rusiyanın Krımdan Ukraynaya təcavüzü üçün "strateji tramplin" kimi istifadə etdiyini bildirən Mişel, Krımda 9 ildir ki, davam edən Rusiyanın "terror və qəddarlığı"nın hazırda bütün Ukraynanın şəhər və kəndlərində həyata keçirildiyini vurğulayıb.
Mişel Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verilən önəmi qeyd edib: “Aİ Ukrayna torpaqlarının, o cümlədən Krımın və Sevastopolun statusunun dəyişdirilməsinə dair heç bir qanunsuz cəhdi tanımayacaq”.
Teqlər:
"A\u0130: Ukraynan\u0131n \u00fczvl\u00fck m\u0259s\u0259l\u0259si ilin sonunda m\u00fczakir\u0259 olunacaq"