24 Avqust 2023, 18:35
Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib
Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib şəkil
Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib

Energetika Nazirliyində Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib

"Operativ Media" nın məlumatına görə, energetika naziri Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib.

Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"