Menyu

Zelenski: "Priqojinin ölümü ilə heç bir əlaqəmiz yoxdur"

Zelenski: "Priqojinin ölümü ilə heç bir əlaqəmiz yoxdur"

"Bizim bu vəziyyətlə heç bir əlaqəmiz yoxdur. Hər kəs bu işdə kimin əli olduğunu bilir".

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Vaqner” hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin öldüyü qəza ilə bağlı açıqlaması zamanı deyib. 

Zelenski paytaxt Kiyevdə Portuqaliya Prezidenti Marselo Rebelo De Sousa ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Konfransda "Vaqner"in qurucusu Yevgeni Priqojinin ölümü ilə bağlı sualı cavablandıran Zelenski aşağıdakı ifadələrdən istifadə edib:

"Ukrayna bəzi ölkələrə qırıcı təyyarə tədarükü üçün müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq. Əslində biz başqa şeylər nəzərdə tutmuşduq. Baxmayaraq ki, bu (Priqojinin ölümü - red.), müəyyən mənada bizə mütləq kömək edəcək. Bizim bu vəziyyətlə heç bir əlaqəmiz yoxdur. Hər kəs bu işdə kimin əli olduğunu bilir".

Teqlər:

"Zelenski: \"Priqojinin \u00f6l\u00fcm\u00fc il\u0259 he\u00e7 bir \u0259laq\u0259miz yoxdur\""

Əlaqəli Xəbərlər