Menyu

Lavrov: Qərbdən asılı olmayan ticarətin yollarını axtarırıq

Lavrov: Qərbdən asılı olmayan ticarətin yollarını axtarırıq

"Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, taxıl razılaşmasını yenidən başlamağa hazırıq. Ancaq gərək bizə verilən vədlər yerinə yetirilsin. Çünki bu, bir paketdir və müqavilənin hər iki tərəfi ilə bağlıdır".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİCS Sammitindən sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

Lavrov hazırda BRİCS ölkələri üçün vahid valyutanın gündəmdə olmadığını qeyd edib: "Hazırda ortaq valyuta gündəmdə deyil. Bütün diqqətimiz qarşılıqlı ticarətimizi ABŞ və Qərbin nəzarətində olan sistemdən asılı olmadan təmin etmək yollarını tapmaqdadır".

“Qərb azad bazarın, beynəlxalq ticarətin və Ümumdünya Ticarət Təşkilatının bütün qaydalarını pozaraq, siyasi məqsədlərə nail olmaq üçün ehtiyat pul çap edə bilən mövqeyindən sui-istifadə etmək qabiliyyətini və istəyini sübut edib”, - Lavrov bildirib.

BRİCS-in ehtiyat pul birliyi yaratmaq layihəsinin olduğunu xatırladan Lavrov bunun milli valyutaların istifadəsini asanlaşdıracağını bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər