24 Avqust 2023, 21:38
Azərbaycan Tatarıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq
Azərbaycan Tatarıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq şəkil
Azərbaycan Tatarıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq

Azərbaycan sentyabrın 20-22-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək “Kazan Digital Week” (“Kazan Rəqəmsal Həftəsi”) beynəlxalq forumunda iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, tədbirə Azərbaycan, Belarus, Bolqarıstan, Braziliya, Vyetnam, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Makedoniya və Türkiyədən qonaqlar qatılacaq.

Forumla birgə sərgi də təşkil ediləcək. Sərginin ümumi sahəsinin 3,2 min kvadratmetr olması, ərazidə 115 stendin quraşdırılması planlaşdırılır.

“Kazan Digital Week” forumunun əsas missiyası elmi-texniki məlumat mübadiləsini təmin etmək və beynəlxalq əməkdaşlığa töhfə verməkdir.

Son xəbərlər
Fərid Səfərli Azərbaycana qaytarılıb - RƏSMİ
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14