Menyu

Ərdoğanın baş müşaviri Sullivan ilə telefon danışığı aparıb

Ərdoğanın baş müşaviri Sullivan ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, danışıq zamanı qlobal problemlər, Ukrayna, İraq və Kipr kimi bir çox regional məsələlər müzakirə edilib.

Baş müşavir ABŞ Nümayəndələr Palatasının üzvləri Co Vilson, Din Fillips və Viktoriya Sparts ilə də görüşüb.

Kılıç sosial media hesabında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə Prezident Administrasiyasında görüşdüklərini bildirib.

Regional və qlobal məsələləri, iki ölkə arasındakı əlaqələri müzakirə etdiklərini bildirən Kılıç, səmərəli səfərə görə üzvlərə təşəkkür edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər