Menyu

ABŞ Baş Qərargah rəisi: ABŞ-ın Yaxın Şərqi tərk etməsini təsəvvür edə bilmirəm

Nərmin Qocamanlı
ABŞ Baş Qərargah rəisi: ABŞ-ın Yaxın Şərqi tərk etməsini təsəvvür edə bilmirəm

ABŞ Baş Qərargah rəisi Mark Milley Yaxın Şərqin onlar üçün bir çox cəhətdən önəmli olduğunu vurğulayaraq, bu bölgəni tərk etməyəcəklərini bildirib.

"Operativ Media" xəbər verir ki, Milley İordaniyada yerləşən Əl-Mamlaka telekanalına müsahibəsində ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı açıqlamalar verib.

Yaxın Şərqin bir çox cəhətdən ABŞ üçün əhəmiyyətli bir bölgə olduğunu bildirən Milley, "Bizim bu bölgə ilə yaxın dostluğumuz və tərəfdaşlığımız var. Bu bölgənin sabit olduğundan əmin olmaq istəyirik. Bölgə neftin və bütün dünya üçün enerji resurslarının əsas mənbəyidir”.

Yaxın Şərqlə əlaqələrini davam etdirəcəklərini vurğulayan Milley, "ABŞ-ın Yaxın Şərqi tərk etməsini düşünə bilmirəm. Buradakı öhdəliyimiz uzun illər davam edəcək", - deyə bildirib.

 

Teqlər:

"AB\u015e Ba\u015f Q\u0259rargah r\u0259isi: AB\u015e-\u0131n Yax\u0131n \u015e\u0259rqi t\u0259rk etm\u0259sini t\u0259s\u0259vv\u00fcr ed\u0259 bilmir\u0259m"

Əlaqəli Xəbərlər