Rusiya Moldovanı hədələyib
"Rusiya Moldovanı Kiyevə “dəstək” prosesinə çox qarışmamağa çağırır, çünki bu cür hərəkətlər regionda təhlükəsizliyə təhlükə yaradır".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
"Mən rəsmi Kişinyovu Ukraynaya “dəstək” prosesinə həddən artıq qarışmaqdan çəkindirmək istərdim, çünki bu, nəinki regionda sabitlik və təhlükəsizliyə xələl gətirəcək, həm də Moldovanı Kiyev rejiminin silahdaşlarına çevirəcək", - diplomat bildirib.
Zaxarova qeyd edib ki, Moldova konstitusiyasında təsbit olunmuş neytral statusa baxmayaraq, Qərb bu ölkəni Ukrayna münaqişəsinə sürükləməyə davam edir: "Biz dəfələrlə rəsmi Kişinyova belə addımların fəlakətli nəticələri barədə xəbərdarlıq etmişik".
"Dövlətinin gələcəyini düşünən bütün Moldova siyasətçiləri sözün əsl mənasında bununla bağlı həyəcan təbili çalırlar. Bununla belə, Moldova hakimiyyəti ölkəsini qonşu Ukraynanın düşdüyü uçuruma çəkməkdə davam edir", - sözçü bildirib.