Menyu

Moskvaya daha bir PUA hücumu olub

Moskvaya daha bir PUA hücumu olub
1 dəq oxu

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha bir pilotsuz uçan aparatını (PUA) vurublar.

“Operativ Media” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat yayıb.

“Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.

Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.

Əlaqəli Xəbərlər