Menyu

Nüvə sazişi üzrə ABŞ-İran təmasları müsbət haldır - Rusiya XİN

Nüvə sazişi üzrə ABŞ-İran təmasları müsbət haldır - Rusiya XİN
1 dəq oxu

Rusiya ABŞ ilə İran arasında, o cümlədən, Fars körfəzi dövlətlərinin vasitəçiliyi ilə təmaslardan xəbərdardır.

“Operativ Media” xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, nüvə sazişi üzrə iş aparılırsa, Moskva bunu müsbət hal hesab edir.

Ryabkov qeyd edib ki, İran Vyanda nüvə sazişi üzrə danışıqların bərpasına hazırdır və Rusiya ilə Çin "bu qərarın lehinədir".

Qeyd edək ki, ABŞ və İran avqustun ortalarında vasitəçilər yolu ilə dialoqa başlayıb. Bunun ilk nəticəsi məhbusların mübadiləsi və Cənubi Koreya banklarında dondurulmuş İran aktivlərinin azad edilməsi barədə qərar olub.

Əlaqəli Xəbərlər