Yeddi ayda Azərbaycandan 65,7 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Operativ Media"ya bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 71,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 56,9 milyon dollarlıq 37,8 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.






