Menyu

ABŞ-də silahlı hücum nəticəsində 7 nəfər yaralanıb

Nərmin Qocamanlı
ABŞ-də silahlı hücum nəticəsində 7 nəfər yaralanıb
1 dəq oxu

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində atışma nəticəsində 7 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, ABŞ-ın Boston polisi səhər saatlarında Dorchester rayonunda silahlı hücum olduğunu və 7 nəfərin yaralandığını açıqlayıb.

Polis məmuru Michael Torigian verdiyi açıqlamada yaralılardan 7 nəfərin xəstəxanaya aparıldığını və onların həyati təhlükəsi olmadığını bildirib.

Hadisə yerində odlu silah-sursat tapıldığını bildirən Torigian, hücumla əlaqədar bəzi şəxslərin saxlanıldığını qeyd edib.

Əlaqəli Xəbərlər