Türkiyədə ağır qəza olub, iki nəfər ölüb
İzmirin Əliağa rayonunda iki avtomobil toqquşub.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Belə ki, Şimali Ege şossesi ilə İzmirdən Çanaqqalaya gedən M.A.-nın idarəsində olan avtomobil Yeni Foça qovşağının yaxınlığında hərəkət zolağını dəyişərkən H.K. adlı şəxsin idarə etdiyi avtomobillə toqquşub.
Ağır xəsarət alan sürücü H.K. ilə eyni avtomobildə olan B.S. təcili yardım maşınları ilə Əliağa və Menemen Dövlət Xəstəxanasına aparılıb. H.K.-nın idarə etdiyi avtomobildə olan və avtomobildən atılan Edebi Yöndemli və Ender Yöndemli hadisə yerində həyatını itirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net