Menyu

Zelenski: 20-dən çox ölkə G7-nin zəmanətlərinə qoşulur 

Zelenski: 20-dən çox ölkə G7-nin zəmanətlərinə qoşulur 
1 dəq oxu

"20-dən çox ölkə Yeddilik Qrupunun (G7) Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub".

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bu gündən etibarən 20-dən çox ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə artıq qoşulub. Komandamız öz işini davam etdirir. İndi G7 də daxil olmaqla ümumilikdə 30-a yaxın ölkə var", - deyə Zelenski qeyd edib. 

O, həmçinin xatırladıb ki, Ukrayna artıq Böyük Britaniya, Kanada və ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd istiqamətində danışıqlara başlayıb.

Əlaqəli Xəbərlər