Menyu

İsraildə hökumət əleyhinə kütləvi etiraz aksiyalarının yeni dalğası başlayıb

İsraildə hökumət əleyhinə kütləvi etiraz aksiyalarının yeni dalğası başlayıb

Şənbə gecəsi on minlərlə israilli İsrailin baş naziri Benyamin Netanyahunun kabinetinə və onun məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyalarında iştirak etmək üçün küçələrə çıxıb.

"Operativ Media" xəbər verir ki, ən böyük mitinq müxalifətin üstünlük təşkil etdiyi Təl-Əvivdə keçirilib.

Təl-Əvivdə keçirilən aksiya ənənəvi olaraq şəhərin şərq hissəsindəki hökumət binalarının yaxınlığında keçirilib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatlarını ləğv etməyi və “İsrail demokratiyasını xilas etməyi” tələb ediblər.

İlin əvvəlindən İsraildə hökumətin genişmiqyaslı məhkəmə islahatları planını təqdim etməsi ilə kütləvi etiraz aksiyaları davam edir. 

Teqlər:

"\u0130sraild\u0259 h\u00f6kum\u0259t \u0259leyhin\u0259 k\u00fctl\u0259vi etiraz aksiyalar\u0131n\u0131n yeni dal\u011fas\u0131 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər