Menyu

Helikopterin qəzaya uğraması nəticəsində üç ABŞ əsgəri həlak olub (YENİLƏNİB)

Helikopterin qəzaya uğraması nəticəsində üç ABŞ əsgəri həlak olub (YENİLƏNİB)

Avstraliyanın şimalında qəzaya uğrayan hərbi helikopterin göyərtəsində olan 23 hərbçidən 3-ü ölüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun nümayəndəsi məlumat verib.

"Ümumilikdə təyyarədə 23 nəfər olub. Üç nəfərin ölümü təsdiqlənib, daha beş nəfər ağır vəziyyətdə Kral Darvin xəstəxanasına aparılıb", - "Frans Press" agentliyi hərbi strukturun nümayəndəsinə istinadən yazıb.

Bundan əvvəl Avstraliya Müdafiə Nazirliyi məlumat vermişdi ki, “Predator's Run 2023” təlimi zamanı 20-dən çox ABŞ dəniz piyadasını daşıyan hərbi helikopter qitənin şimalında, Darvin sahilindən 60 km aralıda yerləşən Melvil adasının sahillərində qəzaya uğrayıb. Əməliyyat-axtarış tədbirləri zamanı hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 23 hərbçi aşkar edilib. 

*** 11:33

Avstraliyada təlimə qatılan ABŞ ordusunun üzvlərini daşıyan "v-22 Osprey" tipli helikopterin qəzaya uğraması nəticəsində 23 əsgər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinə əsaslanaraq "USA News" məlumat yayıb.

Məlumata görə, ABŞ dəniz piyadalarını daşıyan helikopter Darvin şəhərinin şimalındakı Melvil adasına düşüb.

Qeyd edilib ki, “Predator's Run 2023” təlimi zamanı 20-dən çox ABŞ dəniz piyadasını daşıyan hərbi helikopter qitənin şimalında, Darvin sahilindən 60 km aralıda yerləşən Melvil adasının sahillərində qəzaya uğrayıb. Əməliyyat-axtarış tədbirləri zamanı hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 23 hərbçi aşkar edilib.

Teqlər:

"Helikopterin q\u0259zaya u\u011framas\u0131 n\u0259tic\u0259sind\u0259 \u00fc\u00e7 AB\u015e \u0259sg\u0259ri h\u0259lak olub (YEN\u0130L\u018fN\u0130B)"

Əlaqəli Xəbərlər