Kurskda qəzaya uğrayan dron yaşayış binasına ziyan vurub
Rusiyanın mərkəzi hissəsində yerləşən Kursk şəhərində bir yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) çırpılması nəticəsində binaya ziyan dəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə bölgənin qubernatoru Roman Starovoit bildirib.
"İlkin məlumata görə, gecə saatlarında Kursk şəhərinin Karl Marks küçəsindəki yaşayış binasına PUA düşüb. Bəzi mərtəbələrdə pəncərələr sınıb. Zərbə dalğası Karl Marks küçəsində Kursk Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsinin binasının bəzi şüşələrini də zədələyib. Sakinlərdən heç biri xəsarət almayıb”, - o, "Telegram"da bildirib.
Qubernatorun sözlərinə görə, ilk müdaxilə qrupları hadisə yerinə gedib. Səlahiyyətlilər dəymiş ziyanı qiymətləndirir.