Menyu

Hindistanda fabrikdə partlayış baş verib, 7 nəfər ölüb

Hindistanda fabrikdə partlayış baş verib, 7 nəfər ölüb

Hindistanın Qərbi Benqal əyalətində qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq ləvazimatları istehsal edən fabrikdə baş verən partlayışda 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Məlumata görə, Dattapukur rayonunda qanunsuz atəşfəşanlıq ləvazimatlarının istehsal olunduğu fabrikdə partlayış baş verib.

Dövlət rəsmiləri ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Qərbi Benqaliyada qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq ləvazimatları istehsal edən fabriklərində partlayışlar tez-tez baş verir və mayın 22-də əyalət hökuməti bu fabrikləri araşdırmaq üçün xüsusi komitə yaradıb.

Teqlər:

"Hindistanda fabrikd\u0259 partlay\u0131\u015f ba\u015f verib 7 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər