Menyu

Yanacaqdoldurma məntəqəsində ard-arda partlayışlar: Ölən və yaralananlar var

Yanacaqdoldurma məntəqəsində ard-arda partlayışlar: Ölən və yaralananlar var
1 dəq oxu

Rumıniyanın paytaxtı Buxarest yaxınlığındakı yanacaqdoldurma məntəqəsində ardıcıl üç partlayış baş verib.

"Operativ Media" xəbər verir ki, partlayışlar paytaxt Buxarestin şimal-qərbində yerləşən Crevedia qəsəbəsindəki yanacaqdoldurma məntəqəsində baş verib.

Rumıniya mətbuatı partlayışlarda 1 nəfərin öldüyünü, 58 nəfərin yaralandığını açıqlayıb. Bədənində yanıq xəsarətləri olan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Rumıniya prezidenti İohannis sosial media hesabında hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Əlaqəli Xəbərlər