Ana səhifə / Dünya / Mərmərə adasında qayıq batıb, 1 nəfər ölüb Mərmərə adasında qayıq batıb, 1 nəfər ölüb 27.08.2023, 18:05 Balıkəsirdə yerləşən Mərmərə adasında çevrilən qayıqda olan bir nəfər həyatını itirib. "Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, Mərmərə adasının Çınarlı Məhəlləsindəki limanın girişində 4 dostun mindiyi qayıq həddindən artıq külək səbəbindən aşıb. Dənizə düşən dostlardan 3-ü yenidən qayığa minə bilib, ancaq 38 yaşlı Seyfi Sercan Kalyoncu dənizdə batıb və o, huşsuz halda sudan çıxarılıb. Bandırma Təhsil və Araşdırma Xəstəxanasına aparılan Kalyoncunu müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb. Teqlər: "M\u0259rm\u0259r\u0259 adas\u0131nda qay\u0131q bat\u0131b 1 n\u0259f\u0259r \u00f6l\u00fcb"
13.02.2026, 06:45 Yunanıstanın Baş naziri ABŞ-də keçiriləcək Sülh Şurasının iclasında iştirak etməyəcək