"Xerson vilayətində Ukrayna hərbçiləri tərəfindən həyata keçirilən sui-qəsd cəhdi nəticəsində “News Front” agentliyinin hərbi müxbiri yaralanıb".
"Operativ Media" xəbər verir ki, bunu bölgənin "qubernator vəzifəsini" icra edən Vladimir Saldo bildirib.
"Bu gün ukraynalı yaraqlılar “News Front”un müharibə müxbiri Leksi (kod adı) öldürmək üçün FVP pilotsuz uçuş aparatından istifadə ediblər. Onun avtomobili Alyoşki yaxınlığında tapılıb. Leks yaralanıb", - o, "Telegram" kanalında yazıb.
Saldonun sözlərinə görə, jurnalistin maşınına ciddi ziyan dəyib.