Ermənistan ordusunun iki hərbçisi güllə yarasından ölüb-YENİLƏNİB
Redaksiya
Hadisənin təfərrüatları məlum olub. Erməni hərbçi əvvəlcə xidmət aparan yoldaşını, daha sonra özünü güllələyərək öldürüb.
***
11:32
“Avqustun 27-də hələ qeyri-müəyyən şəraitdə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri Artem Araeviç Haykazyan və Armen Hayk Xaçatryan aldıqları güllə yarasından ölüblər".
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”-deyə məlumatda bildirilir.
Teqlər:
"Erm\u0259nistan ordusunun iki h\u0259rb\u00e7isi g\u00fcll\u0259 yaras\u0131ndan \u00f6l\u00fcb-YEN\u0130L\u018fN\u0130B"