30 Avqust 2023, 23:32
Rusiya tədarük olunan pomidorun 97,9 faizini Azərbaycandan alıb
Rusiya tədarük olunan pomidorun 97,9 faizini Azərbaycandan alıb şəkil
Rusiya tədarük olunan pomidorun 97,9 faizini Azərbaycandan alıb

Rusiya tədarük olunan pomidorun 97,9 faizini Azərbaycandan alıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Sputnik yerli Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib. 

Məlumata görə, Rusiya 2023-cü ildə Azərbaycan pomidorunun əsas idxalçısı olub. Dövlət Statistika Komitəsi qeyd edib ki, 2023-cü ilin birinci yarısında Azərbaycandan Rusiyaya 116,884 milyon dollar dəyərində 105,855 min ton pomidor göndərilib. Belarus və Polşa Azərbaycan pomidorunun üç ən böyük idxalçısı sırasındadır. Minsk Bakıdan 2,237 milyon dollara 953 ton, Varşava isə 1,255 milyon dollara 882 ton pomidor alıb.

Eyni zamanda, "Anadolu Agentliyi" xəbər verir ki, ilin birinci yarısında Rusiya Türkiyədən 29,563 milyon dollar dəyərində pomidor idxal edib. Beləliklə, Rusiya Türkiyənin beşinci əsas pomidor idxalçısı olub.

Son xəbərlər
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb