Azərbaycanla Çin arasında energetika sahəsində reallaşdırılan təşəbbüslər müzakirə edilib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pekində China Energy International Group Co., Ltd. şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib.
"China Energy International Group Co., Ltd. şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin yaşıl enerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq", - paylaşımda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma