Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

admin
Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

“Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı ölkəmizdə İKT və nəqliyyat sektorlarının inkişafı, eləcə də bu sahələrdə Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə hazırda ölkəmizdə telekommunikasiya sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsi və rəqəmsal transformasiya sahələrində Dünya Bankı tərəfindən icrada olan layihələrlə bağlı müzakirələr aparılıb, əldə olunacaq nəticələrin müsbət töhfələri vurğulanıb.

Digər xəbərlər