Azərbaycan İsrailin startap layihəsinə 670.000 dollar investisiya yatırıb

Nərmin Qocamanlı
Azərbaycan İsrailin startap layihəsinə 670.000 dollar investisiya yatırıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC İsrailin “C2A Security” startap layihəsinə 670.000 dollar investisiya yatırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün X hesabında bildirib.

"İsrailin Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemləri kiber hücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670.000 dolar investisiya yatırıb", - nazir qeyd edib.

Digər xəbərlər