Azərbaycanda ödəniş təşkilatlarına yeni qanuna əsasən lisenziya almaları üçün vaxt verilib

admin
Azərbaycanda ödəniş təşkilatlarına yeni qanuna əsasən lisenziya almaları üçün vaxt verilib

Növbəti 6 ay ərzində Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatlarına və operatorlara "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanuna əsasən lisenziya alma prosedurundan keçmək üçün vaxt veriləcək.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Qeyd edək ki, bu ilin avqust ayında "Ödəniş sistemləri və xidmətləri haqqında" qanun layihəsi təsdiqlənib, qanunun noyabr ayında qüvvəyə minəcəyi gözlənilir.

K.Qurbanovanın sözlərinə görə, bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşdirilməsinə şərait yaradacaq.

Digər xəbərlər