http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakı limanında terminal inşa etməyi planlaşdırırıq - Qazaxıstanın Azərbaycandakı səfiri

11 Sentyabr 2023 , 13:09
Bakı limanında terminal inşa etməyi planlaşdırırıq - Qazaxıstanın Azərbaycandakı səfiri

Qazaxıstan Bakı limanında terminal inşa etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masada deyib.

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) müvafiq şərtlərdə Qazaxıstandan ixrac olunan malları yükləmək imkanına malikdir. Qazaxıstan Bakı limanında öz terminalını tikməyə hazırdır. Hazırda bununla bağlı danışıqlar aparırıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat-logistika sektoru Azərbaycan-Qazaxıstan əməkdaşlığının "onurğa sütunu" olacaq.

"Hazırkı geosiyasi vəziyyət çox mürəkkəbdir, lakin bu bizə unikal imkanlar verib. Həm Qazaxıstan, həm də Azərbaycan hadisələrə siyasi cəhətdən sağlam və düzgün baxışa malikdir. Operativ və sürətli fəaliyyət göstərmək lazımdır", - deyə səfir əlavə edib.

Hazırda Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən TBNM mühüm inkişaf nöqtələrindən birinə çevrilməklə digər ölkələr tərəfindən getdikcə daha çox diqqət cəlb edir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev marşrutu Qazaxıstanın tranzit və ixrac imkanlarının daha tam icrasına şərait yaradan "əsas birləşdirici bənd" adlandırıb.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu