Rəqabət Məcəlləsi qanun kimi qəbul edilərsə nə dəyişəcək?

Redaksiya
Rəqabət Məcəlləsi qanun kimi qəbul edilərsə nə dəyişəcək?

2012 ci ilin oktyabrın 15 də Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsinin ictimai müzakirəsi keçirildi. Lakin 10 ildən artıqdır layihə qanun kimi qəbul olunmur. Uzun müddətdir müzakirə olunan Rəqabət Məcəlləsi yeni formada hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu gün isə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Bəs Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

“Operativ Media”ya açıqlama verən İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, sözügedən sənəd mülki və vergi məcəlləsi qədər vacibdir. Rəqabət məcəlləsinin hazırlanmasının əsas məqsədi bazarda azad rəqabəti bütün sahibkarlar üçün eyni səviyyədə tətbiq etməkdir. Ekspertin qənaətinə görə, bu layihə azad rəqabəti formalaşdıracaq və nəticədə bazarda alıcıların tələbatına uyğun keyfiyyətli və ucuz məhsullar təklif ediləcək.
“Rəqabət məcəlləsi qeyri rəqabətdə olan müəssisələri sıradan çıxaracaq və məhsullar daim təkmilləşəcək. Qiymətlər isə buna uyğunlaşacaq. Subyektlərin fəaliyyətini tənzimləyəcək artıq bir sənədlər toplusu ortada olacaq. Burda çox önəmlidir ki monopolların, inhisarçıların müəyyənləşdirmə qaydaları şəffaf olmalıdır. Yəni rəqabət məcəlləsi hansısa şirkətin vurulması və yaxud hansısa şirkətlərin önünün açılması üçün sənəd olmalı deyil.

Ekspert məcəllənin ölkədə qiymət siyasətinə də müsbət təsir edəcəyi qənaətindədir. Rəqabət Məcəlləsində əksini tapan əsas məsələlərdən biri də süni qiymət artımına qarşı mübarizə tədbirləri olmalıdır.

Digər xəbərlər