Menyu

Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % artaraq 7 milyard 162 milyon manat təşkil edib.

“Operativ Media” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 5 milyard 398,5 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,4 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 545,7 milyon manatı dövlət, 5 milyard 616,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 706 manatlıq və yaxud 1 il əvvələ nisbətən 145,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Teqlər:

"\u018fhaliy\u0259 g\u00f6st\u0259ril\u0259n \u00f6d\u0259ni\u015fli xidm\u0259tl\u0259rin \u00fcmumi d\u0259y\u0259ri art\u0131b"

Əlaqəli Xəbərlər