http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan türkdilli dövlətlərin vahid inkişaf bankının yaradılmasını təklif edib

14 Sentyabr 2023 , 19:58
Azərbaycan türkdilli dövlətlərin vahid inkişaf bankının yaradılmasını təklif edib

Azərbaycan Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün vahid inkişaf bankının yaradılmasını təklif edir.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarət üzrə məsul nazirləri və digər vəzifəli şəxslərinin toplantısında çıxışı zamanı bildirib.

“Bu məsələdə Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankından nümunə götürərək, onların təcrübəsindən yararlanmaq olar”, - M.Musayev qeyd edib.

O hesab edir ki, türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin artırılmasında Azərbaycanın rolu danılmazdır:

"Türk Dövlətləri Təşkilatnın qurulmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi xidmətləri var. Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün Azərbaycan tərəfi olaraq vahid inkişaf bankının yaradılmasını təklif edib".

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
  • 16:42

    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
  • 16:40

    Prezident neft sənayesi işçilərini təltif edib
    Prezident neft sənayesi işçilərini təltif edib
  • 16:38

    İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
Menyu