Yanvar-avqust ayları üzrə sosial sığorta haqları üzrə daxilolmalar açıqlanıb

Nərmin Qocamanlı
Yanvar-avqust ayları üzrə sosial sığorta haqları üzrə daxilolmalar açıqlanıb

Cari ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 mlrd. 374,4 mln. manat olub. 

“Operativ Media" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 425,8 mln. manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6% artaraq 2 mlrd. 179,8 mln. manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 119,1 mln. manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5% artıb və 87,9 mln. manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artaraq 609,7 mln. manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,2% artıb və 428,1 mln. manat təşkil edib.

Digər xəbərlər