"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

admin
"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il iqtisadi artımın 1,8% təşkil edəcəyini proqnozlaşdırıb.

"Operativ Media" xəbər verir ki, bu, neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından mümkün olacaq.

Bildirilib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağı gözlənilir.

Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6% azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.

Digər xəbərlər