http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

AZPROMO-da İslam İnkişaf Bankı Qrupu ilə görüş keçirilib

16 Sentyabr 2023 , 12:37
AZPROMO-da İslam İnkişaf Bankı Qrupu ilə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Bakıda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) nümayəndələri ilə görüş keçirib.

"Operativ Media" xəbər verir ki, görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən, təsdiqlənməsi gözlənilən Milli İxrac Strategiyası, ixrac coğrafiyasının şaxələndirilməsi, logistikanın subsidiyalaşması və gözlənilən digər təşviqedici mexanizmlər barədə məlumat verib. Qeyd edilib ki, AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

ITFC-nin baş icraçı direktoru və ICD-nin baş icraçı direktorunun vəzifəsini icra edən Hani Salem Sonbol dövlət-özəl tərəfdaşlığı çərçivəsində AZPROMO ilə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayaraq, ITFC-nin müxtəlif ölkələr və regionlar üçün hazırladığı ticarətin təşviqi üzrə proqramlar haqqında məlumat verib.

Bildirilib ki, Mərkəzi Asiya regionunda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında ticarətin təşviqi üçün ITFC tərəfindən həyata keçirilən əsas proqram (“TCCA+”) çərçivəsində Azərbaycan və Mərkəzi Asiya regionu üçün Ticarətin Təşviqi Təşkilatı (TPO) şəbəkəsinin yaradılmasına AZPROMO tərəfindən gələcək əlaqələndirmə işlərinə potensial dəstəyin göstərilməsi proqramın effektiv reallaşdırılmasına mühüm töhfə verə bilər.

Görüşdə AZPROMO tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması və tətbiqi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Bu sahədə ITFC ilə tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

XƏBƏR LENTİ
  • 11:57

    Azərbaycan cəmiyyəti erməni silahlı qüvvələri rəhbərlərinin məsuliyyətə cəlb edilməsini istəyir - SORĞU
  • 11:37

    Nikola Yurçeviçin yeni ünvanı müəyyənləşdi
  • 11:32

    Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
  • 11:30

    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
  • 11:22

    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
  • 11:10

    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
  • 11:08

    “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
  • 11:05

    Şirvanda son bir ayda narkotik dövriyyəsinə görə 32 nəfər saxlanılıb
Menyu