AMB növbəti faiz qərarını sabah açıqlayacaq

Nərmin Qocamanlı
AMB növbəti faiz qərarını sabah açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı sabah faiz dəhlizinin parametrlərini açıqlayacaq.

"Operativ Media" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.

 

Digər xəbərlər