Dünya üzrə faiz dərəcələrinin artmasına baxmayaraq, qlobal borc bu ilin ikinci rübündə rekord həddə - 307 trilyon dollara çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.
Məlumata görə, bu ilin birinci yarısında qlobal borc 10 trilyon dollar, son on ildə isə 100 trilyon dollar artıb. Qlobal borcun qlobal ÜDM-ə nisbəti ikinci rübdə 336%-ə yüksəlib.
İqtisadçılar bildiriblər ki, bu nisbətin artmasının əsas səbəbi ÜDM-in artım tempinin aşağı düşməsi və inflyasiya olub. Yığılmış borcun 80 faizindən çoxu inkişaf etmiş ölkələrin payına düşüb. Göstəricidə ən böyük artım ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada qeydə alınıb.
Qeyd edək ki, qlobal borc bütün hökumətlərin, bankların, qeyri-maliyyə korporasiyalarının və ev təsərrüfatlarının borclarıdır.
Gözəl Həşimova






