Menyu

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü
1 dəq oxu

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar azalaraq, 99.98 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Əlaqəli Xəbərlər